EN

Barselona nın futbolçusu Real Madrid in forvardının liderlik keyfiyyətlərini tərifləyib

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

"Barselona"nın futbolçusu Jül Kunde "Real"da çıxış edən Fransa millisinin kapitanı Kilian Mbappeni tərifləyib.

Bu barədə İdman.biz xəbər verir.

Müdafiəçinin sözlərinə görə, forvardın liderlik keyfiyyətləri anadangəlmədir və ona hörmət qazanmağa kömək edir.

Kunde Mbappenin təvazökar və komanda yoldaşlarına qarşı diqqətli olduğunu vurğulayıb.

"O, dialoqa çox açıqdır, məsuliyyətləri bölüşür və ətrafındakı hər kəs tərəfindən tanınır. Bu, onun üçün tamamilə təbiidir", - müdafiəçi deyib.

Xatırladaq ki, Mbappe 2023-cü ilin martında Uqo Lorisin gedişindən sonra Fransa millisinin kapitanı olub. O, Didye Deşamın rəhbərliyi altında millinin lideri olmaqda davam edir.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
111
1
icma.az

2Sources