EN

Ukrayanın nüfuzlu universitetinin dekanı “EduGlobal”da qonaq oldu VİDEO

Azxeber.com saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakıda "Edu Global” beynəlxalq təhsil şirkətinin təşəbbüsü ilə Ukraynanın nüfuzlu universitetlərindən olan Mərkəzi Ukrayna Mili Texniki Universitetinin dekanı Natalia Pitel ilə görüş keçirilib.

AZXEBER.COM xəbər verir ki, görüşdə xaricdə təhsil imkanları, tələbələrin qəbul prosesi və iki ölkə arasında təhsil əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub. Ukrayna universitetinin nümayəndəsi Azərbaycan gəncləri üçün mövcud proqramlar barədə məlumat verib və əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

"Edu Global” şirkətinin nümayəndəsi isə bildirib ki, bu kimi tədbirlər tələbələrin xaricdə təhsil almasına dəstək olmaqla yanaşı, beynəlxalq təhsil əlaqələrinin güclənməsinə də xidmət edir.

View this post on Instagram

A post shared by Azxeber Media (@azxeber)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
azxeber.com

1Sources