EN

Gümüşün qiyməti 42 dolları ötüb

Bakı. Trend:

"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2025-ciilin dekabrında tədarük üçün nəzərdə tutulan gümüş fyuçerslərininqiyməti 2011-ci il sentyabrın 9-dan bəri ilk dəfə bir troyaunsiyası üçün 42 dolları ötüb.

Trend-in məlumatına görə, bu barədə ticarət platformasındanməlumat verilib.

Bakı vaxtı ilə saat 18:17-yə olan məlumata əsasən, qiymətlimetalın qiyməti 1 troya unsiyası üçün 42,01 dollar (+1,19%) təşkiledib. Bakı vaxtı ilə saat 18:32-də gümüşün qiyməti öz artımınısürətləndirdi və bir troya unsiyası üçün 42,115 dollar (+1,31%)təşkil edib.

Eyni zamanda, 2025-ci ilin dekabrında çatdırılma üzrə qızılfyuçerslərinin qiyməti 0,85% artaraq 1 troy unsiyası üçün 3 627,1dollar olub.

Chosen
50
3
az.trend.az

9Sources