EN

Bernal “Barselona”nın əsas heyətinə daxil edilib

18 yaşlı yarımmüdafiəçi Mark Bernal cari mövsüm üçün “Barselona”nın əsas komandası heyətinə daxil edilib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya klubunun yetirməsi sürətlə əsas heyətə düşsə də, dizində ön çarpaz bağlarını zədələyib.

Bernal son dəfə 2024-cü ilin avqustunda, İspaniya çempionatının üçüncü turunda “Rayo Valyekano” ilə oyunda (2:1) meydana çıxıb. Ümumilikdə əsas komandada üç oyunu olub və nəticə etibarilə fərqlənməyib.

“Barselona” La Liqanın 4-cü turunda sentyabrın 14-də evdə “Valensiya”nı qəbul edəcək. Oyunun başlanma vaxtı Bakı vaxtı ilə saat 23:00-dadır.

Chosen
22
90deqiqe.az

1Sources