EN

Ermənistan və Aİ nümayəndələri 8 avqust Vaşinqton Bəyannaməsini müzakirə ediblər

Tbilisi, 3 sentyabr, AZƏRTAC

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüş zamanı avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin imzaladığı Birgə Bəyannamə və yaradılacaq iqtisadi imkanlar müzakirə edilib.

Söhbət zamanı regional kommunikasiya marşrutlarının blokdan çıxarılması məsələsinə də toxunulub. A.Qriqoryan mövcud iqtisadi potensialı təqdim edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Chosen
35
5
azertag.az

6Sources