EN

Vinçenzo Montella: "Çətin matç olacağını bilirəm"

Türkiyə Milli Futbol Komandası 2026-cı il futbol üzrə dünya çempionatının Avropa Təsnifat mərhələsinin E qrupunun ilk oyununda bu gün Gürcüstanla qarşılaşacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Vinçenzo Montella oyundan əvvəl jurnalistlərə açıqlama verib.

"Gürcüstan bizim hörmət etdiyimiz milli komandadır, son illərdə əhəmiyyətli dərəcədə təkmilləşib. Elə komandamız var ki, Avropa çempionatında ölkəsini qürurlandırıb. Çətin matç olacağını bilirəm, amma biz hazırıq və çox məşq etmişik. Meydançaya çıxanda istədiyimiz nəticəni əldə etmək üçün əlimizdən gələni edəcəyik."

Fərid Əhmədov

MİA.AZ

Chosen
31
1
mia.az

2Sources