EN

Netanyahu HƏMAS-ın bəyanatını “manipulyasiya" adlandırdı

BAKI, 4 sentyabr. TELEQRAF

Fələstinin HƏMAS hərəkatının Qəzzada hərbi əməliyyatların tamamilə dayandırılmasını nəzərdə tutan hərtərəfli razılaşmaya hazır olmasına dair bəyanatı növbəti manipulyasiyadır.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisinin bəyanatında deyilir.

Baş nazirin ofisi bildirir ki, müharibə yalnız 5 şərt yerinə yetiriləcəyi təqdirdə dərhal başa çata bilər. Bunlar bütün girovların azad edilməsi, HƏMAS-ın tərk-silah edilməsi, Qəzza zolağının demilitarizasiyası, Qəzzada təhlükəsizliyin İsrail tərəfindən təmin edilməsi, eləcə də anklavda terror törətməyən və İsraili təhdid etməyən alternativ mülki administrasiyanın yaradılmasıdır.

"Yalnız bu şərtlər HƏMAS-ın yenidən silahlanmasının və 7 oktyabr qətliamını dəfələrlə təkrarlamasının qarşısını ala bilər", - bəyanatda deyilir.

Chosen
51
teleqraf.com

1Sources