EN

Məhkəmə əfsanə ilə bağlı qərar verdi

Keçmiş UFC çempionu Con Consun üzərindən yol qəzası ilə bağlı ittihamlar götürülüb.

Publika.az xəbər verir ki, bu barədə BJ Penn məlumat yayıb.

İyunda amerikalı döyüşçü fevral ayında baş vermiş qəza hadisəsində iştirak edib hadisə yerindən qaçmaqda ittiham olunmuşdu. İyulda isə iş çərçivəsində Cons polis əməkdaşını qorxutmaqda, təhdid və təhqir etməkdə də günahlandırılmışdı. Lakin sentyabrın 2-də onun alibisi etibarlı hesab edildikdən sonra bütün ittihamlar aradan qaldırılıb.

“Əvvəlcə faktları diqqətlə araşdırıb məni tam bəraətə layiq görən dairə prokurorluğuna təşəkkür edirəm. Mən həmişə həqiqət və ədalətin vacibliyinə inanmışam. Sadə həqiqət ondan ibarətdir ki, mən o hadisə yerində olmamışam. Həmin gecə evdən çıxmamışdım və bütün sübutlar da bunu təsdiqləyirdi.

Chosen
88
50
publika.az

10Sources