Bakı. Trend:
Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadəkfutbolçulardan ibarət Azərbaycan milli komandası “Slovenia NationsCup” yoldaşlıq turnirində ilk oyununa çıxıb.
Trend-inməlumatına görə, U-19 İslandiyanın müvafiq yaş qrupundan ibarətkomandası ilə qarşılaşıb. “Preddvor” stadionunda keçirilən görüşElxan Abdullayevin yetirmələrinin 2:1 hesablı qələbəsi iləyekunlaşıb. Komandamızın heyətində qolları 46-cı dəqiqədə ZiyaŞəkərxanov və 55-ci dəqiqədə Şahin İbrahimov vurublar.
U-19 beynəlxalq turnir çərçivəsində növbəti oyununu sentyabrın6-da Farer adaları yığmasına qarşı keçirəcək.