EN

ABŞ-də 6 maqnitudada zəlzələ olub

ABŞ-nin Alyaska ştatına aid olan Aleut adaları yaxınlığında 6 maqnitudada zəlzələ qeydə alınıb.

Operativ Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 298 minə yaxın insanın yaşadığı Ankoric şəhərindən 1 537 km cənub-qərbdə, zəlzələ ocağı 54 km dərinlikdə yerləşib.

Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.

Chosen
83
26
operativmedia.az

10Sources