EN

Braziliyada şok: İş adamı Neymara 1 milyard dollar miras qoyub

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rio Qrande-du-Suldan olan iş adamı vəsiyyətində "Santos"un hücumçusu Neymara miras qoyub. Sport24.az xəbər verir ki, bu barədə GZH portalı məlumat yayıb.

Sənəd 2023-cü il iyunun 12-də Porto Aleqrenin 9-cu notariat kontorunda iki şahidin və bir notarius müavininin iştirakı ilə rəsmi şəkildə icra edilib.

Mənbənin sözlərinə görə, 31 yaşlı iş adamı 2 il əvvəl Neymarı özünə varis seçib. Mirasın dəqiq dəyəri açıqlanmayıb, lakin aktivlərə daşınmaz əmlak, investisiyalar və 6,1 milyard real (təxminən 1 milyard dollar) dəyərində olan şirkətin səhmləri daxildir.

Lakin Neymarın nümayəndələri mirasla bağlı hələlik rəsmi bildiriş almadıqlarını bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
39
1
sport24.az

2Sources