EN

Neft, OPEC+ toplantısı ərəfəsində ucuzlaşmaqda davam etdir

Marja.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Əvvəlki ticarət sessiyasında 2 faizdən çox geriləyən neft qiymətləri, investorların həftəsonu keçiriləcək OPEC+ toplantısına diqqət yönəltməsi ilə aşağı istiqamətli hərəkətini davam etdirir.

Marja xəbər verir ki, istehsalçıların toplantıda hasilat hədəflərində yeni artımı müzakirə edəcəyi gözlənilir.

Brent markalı xam neft 0,40% də ucuzlaşaraq bir barelinin qiyməti 67,33 dollara, ABŞ xam nefti (WTI) isə 0,44% ucuzlaşaraq bir barelinin qiyməti 63,69 dollara düşüb.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və onun müttəfiqlərindən ibarət OPEC+ qrupunun səkkiz üzvü bazar günü keçiriləcək toplantıda oktyabr ayında hasilatın yeni artırılmasını müzakirə edəcək.

Analitiklər OPEC+-ın hasilatı artırması ehtimalının gücləndiyini bildirirlər.

OPEC+ daha əvvəl, Birləşmiş Ərəb Əmirlikləri üçün əlavə 300 min barellik kvota artımına əlavə olaraq, apreldən sentyabra qədər gündəlik təxminən 2,2 milyon barel hasilat artımı barədə razılığa gəlmişdir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
101
1
marja.az

2Sources