Faciənin şahidlərinin jurnalistlərə verdiyi məlumata görə, funikulyor idarəetməni itirərək “böyük güclə” binaya çırpılıb.
“Qəzaya səbəb funikulyorun konstruksiyasında kabelin qırılması olub. Funiklyor sonuncu dəfə 2024-cü ilin sentyabrında təmir edilib”,- yanğınsöndürənlərə istinad edən “Observador” qəzeti yazıb.
Lissabonun görməli turizm yerlərindən biri olan “Qloriya” funikulyoru 40-dan çox sərnişini qəbul edə bilir.
— Newsfeed (@Newsfeed883920) September 3, 2025
Sahil İsgəndərov
AzVision.az