EN

ABŞ 2030-cu illərdə Marsa astronavt göndərəcək

 ABŞ 2030-cu illərin əvvəllərində Marsa astronavt göndərə biləcəyinə ümid edir. Bu barədə nəqliyyat naziri və NASA-nın direktor vəzifəsini icra edən Şon Daffi Fox News-a müsahibəsində bildirib.

“Biz ilk olaraq Aya faydalı yüklər göndərməyə və orada baza tikməyə başlamaq istəyirik, daha sonra isə 2030-cu illərin əvvəllərində Marsa getməyi planlaşdırırıq. Bu, 8 aylıq missiya olacaq”, –  o bildirib.

Onun sözlərinə görə, gələn ilin aprelində göyərtəsində dörd astronavt olan gəmi Ayın ətrafında uçuş həyata keçirəcək.

Ardınca Ay səthinə eniş və 8–12 günlük qalma planlaşdırılır. Bu göstərici əvvəlki rekorddan – 3 gündən xeyli artıq olacaq.

N.Təbrizli

Chosen
64
4
anews.az

5Sources