EN

Alimlər xərçəng hüceyrələrini məhv etməyin yeni üsulunu tapdılar

Cənubi Karolina Tibb Universitetinin alimləri xərçəng hüceyrələrini məhv etmək üçün yeni üsuldan - onların enerji mənbəyini kəsmək texnikasından istifadə etməyə başlayıblar. Bunun üçün xərçəng hüceyrələrinin mitoxondrilərini məhv edən yeni LCL768 preparatı hazırlanıb.

Publika.az xəbər verir ki, nəticələr "Cancer Research" jurnalında dərc olunub.

Bildirilir ki, dərman əsasən baş və boyun nahiyəsinin aqressiv yastıhüceyrəli xərçənginə qarşı nəzərdə tutulub. Seramidin sintetik forması olan dərman xərçəng hüceyrələrində mitofagiyanı işə salaraq onların enerji mənbəyini kəsir. Onun digər bir funksiyası isə fumarat molekulunu bloklamasıdır.

LCL768 siçanlarda və pasiyent nümunələrində artıq effektivliyini sübut edib. Hazırda klinik sınaqlara hazırlıq gedir.

Chosen
46
publika.az

1Sources