EN

Aleks Balde sıradan çıxdı, Hektor Fort icarəyə verildi

Futbol üzrə İspaniya çempionu “Barselona”nın ispaniyalı sol cinah müdafiəçisi Aleks Balde yenidən sıradan çıxıb.

Arena.az bu barədə “Barselona”nın rəsmi sayıtna istinadən məlumat verir.

Balde “blauqrana”nın son məşqlərindən birində zədə alıb. Müdafiəçi məşq zamanı sol bud nahiyəsini zədələyib. Baldenin buna görə uzun müddət yaşıl meydandan kənarda qalacağı gözlənilir.

Aleks Baldenin futbolda erkən yeniyetməlik dövrü “Sant-Qabriel” və “Espanyol” klublarında keçib. Buradan Aleks “Barselona”ya yol tapıb və 2020-ci ildə kataloniyalıların “B” komandasında, 2021-ci ildə isə əsas komandasında debüt edib.

Baldenin “Barselona” ilə müqaviəlsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Müqavilədəki təzminat qiyməti isə 1 milyard avro məbləğindədir.

Cari mövsümdə Balde “Barselona”nın heyətində bütün yarışlarda 3 oyuna çıxıb.

Baldenin “Barselona”nın heyətində çıxışının ümumi mənzərəsi isə 129 oyun, 3 qol, 18 məhsuldar ötürmədən ibarətdir.

Gənc futbolçunun qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2023/2023, 2024/2025) və İspaniya Super Kuboku (2023/2023, 2024/2025) var.

Alexandro Balde 2022-ci ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 7 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib. Bununla yanaşı, Baldenin İspaniyanın U-16, U-17, U-18, U-19, U-21 yığmalarında oyun təcrübəsi var. Balde U-17 yığmasının heyətində 2020-ci il Alqarve Beynəlxalq Turnirinin qalibi olub.

Vurğlayaq ki, Alexandro Balde müasir futbolun ən perspektivli gənc oyunçularından hesab edilir.

İspaniya vətəndaşılığına sahib Alexandro “Aleks” Baldenin atası bisau-qvineyalı, anası isə dominikanlıdır.

“Transfermarkt” internet-portalı 21 yaşlı ispaniyalı sol cinah müdafiəçisinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Yeri gəlmişkən, “Barselona” müdafiəçisi Hektor Fortu da icarəyə verib. İspaniya çempionu 19 yaşlı futbolçunu “Elçe”yə göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı sağ cinah müdafiəçisi gələn ilin yayına kimi “Elçe”nin formasını geyinəcək.

Hektor Fort “Barselona”nın yetirməsidir. İspaniya U-20 millisinin üzvü ötən mövsüm Kataloniya təmsilçisinin heyətində 21 rəsmi matçda meydana çıxıb.

Chosen
46
arena.az

1Sources