EN

Funikulyor qəzası 15 nəfərin ölümünə səbəb oldu - VİDEO

Portuqaliyada funikulyor qəzası baş verib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Portuqaliyanın paytaxtı Lissabonda "Qloriya" funikulyorunun relsdən çıxması nəticəsində meydana gəlib.

Qəza nəticəsində 15 nəfər ölüb, 18 nəfər yaralanıb. Yararlılardan 5-nin vəziyyəti ağırdır.

Hadisənin səbəbi hələlik məlum deyil.

Ölənlər arasında turistlərin də olduğu bildirilir.

Portuqaliya hökuməti qəza ilə əlaqədar bir günlük milli matəm, Lissabon bələdiyyəsi isə 3 günlük matəm elan edib

Qeyd edək ki,1885-ci ilin oktyabrından xidmətdə olan "Gloriya" funikulyoru hər il təxminən 3 milyon sərnişini "Restauradores" meydanından gecə həyatının məşhur məkanı olan "Bairro Alto"ya aparır.

Billurə

 

Chosen
98
1
olke.az

2Sources