Bakı. Trend:
İstanbul–Səmərqənd marşrutu üzrə uçuş həyata keçirən “CentriumAir” aviaşirkətinə məxsus Airbus A321 tipli hava gəmisinin kapitanıHeydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş ilə bağlımüraciət edib.
Hava Limanından Trend-ə verilən məlumata görə, buna səbəb göyərtədəolan sərnişinlərdən birinin səhhətində yaranan qəfil pisləşməolub.
Bildirilib ki, təyyarə yerli vaxtla saat 08:29-da Bakı havalimanına uğurla eniş edib.
Hava limanının bütün aidiyyəti xidmətləri dərhal yüksək hazırlıqvəziyyətinə gətirilib. Tibbi heyət tərəfindən sərnişinə yerindəilkin yardım göstərilib, vəziyyəti qiymətləndirildikdən sonra isəonun paytaxt xəstəxanalarından birinə yerləşdirilməsinə qərarverilib.
Qeyd edilib ki, sərnişinlərin sağlamlığı və təhlükəsizliyinintəmin edilməsi Heydər Əliyev Beynəlxalq Aeroportunun əsasprioritetidir. Bu məqsədlə bütün xidmətlər operativ və tamkoordinasiya olunmuş rejimdə fəaliyyət göstərir.