Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Görədil-Novxanı yolunda, kanal kənarında aylardır zibillərin yığılıb qalması nəticəsində acınacaqlı vəziyyət hökm sürürdü.Demokrat.az-ın sorğusuna cavab olaraq Binəqədi rayon İcra Hakimiyyətindən bildirilib ki, Binəqədi rayonu Görədil bağ massivində yerləşən ərazidə məişət tullantılarının daşınması texnikanın nasazlığı səbəbindən gecikib:“Hazırda ərazi tam təmizlənmişdir. Həmçinin, ərazidə yaşayan sakinlər tərəfindən həmin konteynerdən kənar, qeyri-müəyyən vaxtlarda tullantıların əraziyə atılması halları müşahidə olunduğuna görə, sakinlərlə maarifləndirici söhbətlər aparılmışdır”.Cavidan Mirzəzadə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.