EN

Ançelottidən iddialı açıqlama: Zaman yetişib, 24 ildir…

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 2026-cı il dünya çempionatı üçün artıq təxmini heyəti müəyyənləşdirdiyini bildirib.

Publika.az xəbər verir ki, italyan mütəxəssis ulduz futbolçu Neymarı yığmaya çağırmamasının səbəbini də açıqlayıb:

“Neymar? Bu, texniki qərardır, fiziki problemlərlə bağlı deyil. Onun istedadı ilə heç kim mübahisə edə bilməz, amma ilk növbədə onun və digər oyunçuların fiziki durumunu qiymətləndiririk. Rəqabət çox böyükdür, komandaya iddia edə biləcək azı 70 futbolçu var.

Paraqvayla oyundan çox razı qaldıq. Biz intensiv, müdafiədə etibarlı və topa sahib olduqda sürətli olmaq istəyirik. Balans əsas şərtdir.

Chosen
54
2
publika.az

3Sources