EN

Zelenski: “Rusiyanın raketləri Parisə 3 dəqiqəyə çata bilər”

 

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, bu gün Rusiya Silahlı Qüvvələri respublika ərazisini vurmaq üçün 2,5 min km mənzilli raketlərdən istifadə edir, Parisə qədər olan məsafə isə 3 min km-dir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Zelenski bu barədə ''Le Point''ə müsahibəsində deyib.

O, Moskvanın tezliklə Parisə çatan daha uzunmənzilli silahlar alacağını bildirib.

Zelenskinin sözlərinə görə, Avropa “zəif” olsa, Rusiyanın hərəkətlərindən “zərər çəkəcək”. O qeyd edib ki, hərbi münaqişə “Avropada, həm də Rusiyada” hərbi inkişafı stimullaşdırır.

"İnanın mənə, iki ildən sonra rusların 5000 kilometr mənzilli çoxlu raketləri olacaq. Dəniz, okean heç kimi qorumayacaq. Bu kontekstdə Rusiyanın bu gün istifadə etdiyi silahlar nüvə daşıyıcılarından o qədər də fərqlənmir", - Zelenski bildirib.

Chosen
85
operativmm.az

1Sources