EN

Jurnalistlər Gənclər və İdman Nazirliyinin "Səhər İdmanı" layihəsinə qoşulublar

Gənclər və İdman Nazirliyinin "Səhər İdmanı" layihəsi davam edir.

90deqiqe.Az-ın məlumatına görə, bu gün Dədə Qorqud parkında keçirilən idman tədbirində, Gənclər və İdman naziri Fərid Qayıbov, media nümayəndələri, nazirlik əməkdaşları, idman səfirləri, veteran idmançılar və gənclər iştirak ediblər. İştirakçılar səhər idmanı edərək, sağlam həyat tərzini təşviq ediblər.

90deqiqe.Az saytının əməkdaşı da bu təşəbbüsə qoşulub.

Gənclər və İdman Nazirliyi, paytaxt sakinlərinin sağlam həyat tərzinə marağını artırmaq məqsədilə "Sağlam Həyat" layihəsi çərçivəsində Zabitlər, Mərkəzi və Dədə Qorqud parklarında həftə içi 6 gün, səhər saat 7-dən 8-ə qədər səhər məşqləri təşkil edir. Məqsəd, idmanı həyat tərzinə çevirmək və hər kəsin günə enerjili başlamasına şərait yaratmaqdır.

Chosen
75
90deqiqe.az

1Sources