EN

ABŞ qarşıdan gələn on ilin əvvəlində Marsa insan göndərməyi planlaşdırır

ABŞ 2030-cu illərin əvvəllərində Marsa astronavtlarla missiya göndərməyi planlaşdırır.

Editor.az xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) administratoru Şon Daffi Fox News telekanalına müsahibəsində bildirib

ABŞ bu missiya ilə ikinci kosmos yarışında qalib gəlməyi hədəfləyir.

“Biz 2030-cu illərin əvvəllərində Marsa çatmaq istəyirik və bu çox vacibdir. Bu, Marsa səkkiz aydan çox bir səfər olacaq, sonra orada qalıb, sonra geri dönəcək”, – deyən Duffy Aya uçma təcrübəsinin astronavtların missiya zamanı sağ qalmaları üçün kritik əhəmiyyət daşıyacağını vurğulayıb.

Qeyd edək ki, iyun ayında Santa Barbara Kaliforniya Universitetinin amerikalı alimi Cek Kinqdon mövcud texnologiyadan istifadə etməklə Marsa uçuş müddətini 90-104 günə qədər qısalda bilən inqilabi üsul təklif edib. Bu, hazırkı Mars missiyalarından iki-üç dəfə sürətlidir.

//Gülnarə Abasova, Editor.az

Chosen
47
editor.az

1Sources