Ən azı yeddi ölkə Ukrayna və Rusiya arasında ən yüksək səviyyədə görüş keçirməyə hazır olduqlarını bildiriblər. Lakin Moskva qəbuledilməz təkliflər irəli sürməkdə davam edir.
Bu barədə X sosial şəbəkəsində Ukraynanın xarici işlər naziri Andrey Sıbıqa bəyan edib.
"Hazırda ən azı yeddi ölkə müharibəyə son qoymaq üçün Ukrayna və Rusiya liderləri arasında görüş keçirməyə hazırdır. Avstriya, Müqəddəs Taxt-tac, İsveçrə, Türkiyə və üç körfəz ölkəsi (Fars körfəzi", - nazir Putinin Zelenski ilə görüşü ilə bağlı bəyanatını şərh edərkən qeyd edib.
O qeyd edib ki, bu cür təkliflər ciddidir və Ukrayna prezidenti Vladimir Zelenski hər an Rusiya diktatoru Vladimir Putinlə görüşə hazırdır.
Lakin Putin, Xarici İşlər Nazirliyinin rəhbərinin əlavə etdiyi kimi, “açıq-aşkar qəbuledilməz təkliflər irəli sürərək, hamını aldatmaqda davam edir”.
"Yalnız artan təzyiq Rusiyanı nəhayət sülh prosesini ciddi qəbul etməyə məcbur edə bilər", - Sibiqa qeyd edib.
Əziz Mustafa