EN

Neft və kimya sahəsində yeni dövlət standartları qəbul edilib

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) neft və kimya sahəsində 8 yeni dövlət standartı qəbul edib.

Bu barədə "APA-Economics"ə AZSTAND-dan bildirilib.

Məlumata görə, yeni dövlət standartları “Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər”in standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 34) müzakirəyə çıxarılıb və AZSTAND tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə Normativ Sənədlərin Dövlət Fonduna daxil edilib.

Standartlar “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın 8.2.2-ci bəndinin icrası çərçivəsində "Sürtkü materiallarına, yağlara və xüsusi mayelərə olan tələblər haqqında" texniki reqlamentin istinad standartları kimi istifadə olunması məqsədilə müvafiq beynəlxalq standartların autentik tərcüməsi əsasında hazırlanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
38
1
apa.az

2Sources