EN

“Google” istifadəçiləri 425 milyon dollar təzminat ödəyəcək

Bakı. Trend:

“Google” şirkəti ayarlarda məlumatların toplanılması seçimindənimtina etmiş istifadəçilərin şəxsi məlumat toxunulmazlığınıpozduğuna görə 425 milyon dollar həcmində təzminat ödəyəcək.

Trend xarici KİV-əistinadən xəbər verir ki, iddaçı tərəfin tələbinin təmin olunduğuqərar San-Fransiskonun andlı münsiflər məhkəməsində çıxarılıb.

İddiaya görə, istifadəçilər Google hesabın ayarlarında “üçüncüproqramlardan məlumatların toplanılması” ilə bağlı funksiyanıdeaktivləşdirsilər də, korporasiya məlumat toplamağa davamedib.

"Google" isə qərarı çıxaran münsiflərin şirkətin məhsullarınınnecə işlədiyini düzgün başa düşmədiklərini və buna görə apellyasiyaşikayəti verməyi planlaşdırdıqlərını açıqlayıb.

“Bizim məxfilik alətlərimiz insanlara öz məlumatları üzərindənəzarət imkanı verir və onlar fərdiləşdirməni söndürdükdə, bizhəmin seçimi hörmətlə qəbul edirik”,-deyə "Google" sözçüsü XoseKastaneda bəyanatında qeyd edib.

İddiaçıların məhkəmə iddiasında bildirilir ki, "Google", “Veb vəTətbiq Fəaliyyəti” ayarlarında yer alan məxfilik təminatlarınıpozaraq istifadəçilərin mobil tətbiq fəaliyyəti ilə bağlıməlumatları toplayıb və satıb.

2020-ci ilin iyulunda verilmiş bu iddia təxminən 98 milyonGoogle istifadəçisini ehtiva edir.

Məqalədə:
Chosen
81
az.trend.az

1Sources