EN

Ev sahibi kirayəşinlərdən şikayət etdi: “Bu qapını ərəblər yox, özmüzkülər qırıb” VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Mərdəkanda baş verən maraqlı hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Avtosfer.az xəbər verir ki, bağ evini kirayə verən xanım evə qayıtdıqda gözlənilməz mənzərə ilə qarşılaşıb. Onun sözlərinə görə, sanitar qovşağın qapısı sanki zərbələrlə vurulub və tamamilə yararsız vəziyyətə salınıb.

Ev sahibi qeyd edib ki, kirayəçilər heç bir xəbərdarlıq etmədən evi tərk ediblər. Onlar vəziyyətlə bağlı məlumat vermək əvəzinə açarı sadəcə çölə qoyaraq gediblər. Bu isə xanımı həm maddi zərərə salıb, həm də xoşagəlməz vəziyyətə qoyub.

Baş verən bu hadisə bir daha göstərir ki, kirayə münasibətlərində tərəflər arasında qarşılıqlı etimad və məsuliyyət əsas şərtlərdən biridir.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
255
avtosfer.az

1Sources