Rusiya nümayəndə heyəti tezliklə MDB Oyunlarının keçiriləcəyi Azərbaycana səfər edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Şərq İqtisadi Forumunda çıxış edən Rusiyanın idman naziri Mixail Deqtyarev deyib.
Onun sözlərinə görə, Rusiya nümayəndə heyəti MDB Oyunlarının keçiriləcəyi Azərbaycana səfər etməyə hazırlaşır: “Azərbaycanın idman naziri cənab Qayıbov məni şəxsən dəvət edib. Səfərimlə bağlı qərarımı ayrıca verəcəyəm”.
Qeyd edək ki, üçüncü MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində keçiriləcək və iştirakçılar idmanın 23 növü üzrə mübarizə aparacaqlar.