EN

Dünya çempionatında çıxış edəcək Azərbaycan boksçularının rəqibləri bəlli oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"World Boxing"in təşkilatçılığı ilə qadın və kişi boksçular arasında Liverpulda keçiriləcək ilk dünya çempionatının püşkatma mərasimi baş tutub.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, tədbirdə Azərbaycan idmançılarının da ilk rəqibləri bəlli olub.
Bu gün start götürəcək mundialın birinci günündə iki boksçumuz rinqə çıxacaq. Onların hər ikisi 1/16 finala vəsiqə uğrunda döyüşəcəklər.
4 sentyabr
Dünya çempionatı
1/32 final
Zaur Qəhrəmanov (65 kiloqram) - Denis Bril (Almaniya);
Sərxan Əliyev (70 kiloqram) - Karlos Flouers (ABŞ).
5 sentyabr
1/16 final
Səidcəmşid Cəfərov (75 kiloqram) - Qavin Rafferti (İrlandiya);
Surət Qarayev (85 kiloqram) - Laçlan Lauson (Avstraliya);
Aynur Mikayılova (57 kiloqram) - Qabriella Veerheym (Niderland);
Sübhan Mamedov (50 kiloqram) - Fredelin De Los Santos (Dominikan Respublikası);
Məhəmməd Abdullayev (+90 kiloqram) - Sezar Peraza La Kruz (Kuba).
6 sentyabr
1/16 final
Məhəmmədəli Qasımzadə (60 kiloqram) - Radoslav Rosenov (Bolqarıstan) / Dövlet Muhanov (Türkmənistan) cütünün qalibi.
7 sentyabr
1/16 final
Nicat Hüseynov (55 kiloqram) - Rolando Martines Peres (Kuba);
Murad Allahverdiyev (80 kiloqram) - Amar Koçi (Albaniya) / Meysam Qeşlaqi (İran) cütünün qalibi.
8 sentyabr
1/8 final
Alfonso Dominqes (90 kiloqram) - Yasse Kiss (Almaniya) / Yonas Yazeviçius (Litva) cütünün qalibi.
Qeyd edək ki, dünya çempionatında 68 ölkədən 329 kişi, 225 qadın boksçu mübarizə aparacaq. Yarışa sentyabrın 14-də yekun vurulacaq.
Chosen
12
50
oxu.az

10Sources