EN

“R.M. 90” proqramlaşdırma müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTOLAR

ICPC dünya finalı çərçivəsində “R.M. 90” proqramlaşdırma müsabiqəsinin qalibləri mükafatlandırılıb.

QHT.az xəbər verir ki, Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu dünya finalı çərçivəsində Azərbaycanın ilk proqramçısı, görkəmli pedaqoq, “Şöhrət” ordenli alim, Bakı Dövlət Universitetinin (BDU) dosenti olmuş Ramin Mahmudzadənin 90 illik yubileyinə həsr olunmuş “R.M. 90” proqramlaşdırma müsabiqəsinin bağlanış mərasimi keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib ki, son illərdə ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları sahəsinin müasirləşdirilməsi və inkişafı üçün dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilir. Kompüter və proqramlaşdırma elmləri BDU-da da prioritet sahələrdən biridir, Universitetdə müasir səviyyədə Rəqəmsal tədqiqatlar laboratoriyası fəaliyyət göstərir. Rektor Ramin Mahmudzadənin Azərbaycanda kompüter elmlərinin inkişafına verdiyi töhfələri xatırladıb, belə müsabiqələrin ölkənin intellektual potensialının artırılmasında mühüm rol oynadığını qeyd edib.

Chosen
161
qht.az

1Sources