EN

Donnarumma “şəhərlilər”i dünyanın ən yaxşısı adlandırdı

“Mançester Siti”nin yeni transferi Canluici Donnarumma “şəhərlilər” haqda danışıb.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, qolkiper İngiltərə təmsilçisini dünyanın ən yaxşı klubu adlandırıb.

“Mançester Siti” dünyanın ən yaxşı klubudur. Bu klubun məni komandada görmək istəməsi qürurvericidir. Bu, məni sevindirir”.

Qeyd edək ki, ötən mövsüm Donnarumma PSJ ilə Fransa çempionu olub, ölkə kubokunu, superkubokunu, Çempionlar Liqasını qazanıb. O, 2 gün əvvəl “Mançester Siti” ilə 5 illik müqavilə imzalayıb.

"Cebheinfo.az" 

Chosen
97
2
cebheinfo.az

3Sources