Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyigözlənilir.
Trend xəbərverir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.
Bildirilib ki, lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağışyağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüzşimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti olacaq.Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80%,gündüz 40-45% təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı, şimşəkçaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysanxarakterli olacağı, dolu düşəcəyi, gecə və səhər bəzi yerlərdəduman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə12-17, gündüz 18-23 dərəcə isti olacaq.