EN

WP: Kim əbədi yaşamaq istəyir? - Sanki Si və Putin...

İki lider uzunömürlülük, orqan transplantasiyası və ölümsüzlük ehtimallarını müzakirə edib...

Poliqon xəbər verir ki, bu barədə The Washington Post qzeti yazır. Məşr qeyd edir ki, Çin lideri Si Tsinpin və Rusiya Prezidenti Vladimir Putin, (hər ikisi 72 yaşında,) Şimali Koreya lideri Kim Çen In (41 yaş) ilə birlikdə gəzərkən uzunömürlülük və ölümsüzlük barədə söhbət ediblər. Bu dialoq təsadüfən açıq mikrofon vasitəsilə qeydə alınıb və Çin dövlət mediası tərəfindən yayımlanıb.

“Keçmişdə insanlar nadir hallarda 70 yaşa çatırdılar, indi isə 70 yaş hələ uşaq hesab olunur”, deyə Si Tinpin söhbət zamanı qeyd edib.

Putin isə Çin tərcüməçisi vasitəsilə cavab verərək deyib: “İnsanlar orqan transplantasiyasını davam etdirə bilərlər. Yaşadıqca daha gənc görünmək və hətta ölümsüzlüyə çatmaq mümkündür.”

Söhbətin sonunda Si Tdinpin bildirib ki, bəzi mütəxəssislər bu əsrdə insanların 150 ilə qədər yaşaya biləcəyini proqnozlaşdırırlar.

Daha sonra jurnalistlərə açıqlama verən Putin müasir tibbi texnologiyaların, xüsusilə orqan transplantasiyasının, sosial, siyasi və iqtisadi nəticələr doğura biləcəyini və insan ömrünü əhəmiyyətli dərəcədə artırmağa imkan verəcəyini söyləyib.

Hadisədən sonra Çinin Weibo sosial şəbəkəsində “150 il” ifadəsi ilə bağlı axtarışlar bloklanıb. Buna baxmayaraq, müzakirələr digər Çin platformalarında davam edib. Hətta bəzi şirkətlər bu mövzunu öz tibbi xidmətlərinin reklamında istifadə ediblər.

Poliqon.info

Chosen
50
poliqon.info

1Sources