EN

Prezident İlham Əliyev Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb

Bakı. Trend:

Prezident İlham Əliyev Yusif Səmədoğlunun 90 illiyinin qeydedilməsi haqqında sərəncam imzalayıb.

Trend xəbərverir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının MədəniyyətNazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərəalmaqla, Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinə dairtədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdanirəli gələn məsələləri həll etməlidir.

2025-ci ilin dekabr ayında Azərbaycan ədəbiyyatının görkəmlinümayəndəsi, Xalq yazıçısı, tanınmış ictimai xadim YusifSəmədoğlunun (Yusif Səməd oğlu Vəkilovun) 90 illiyi tamam olur.

Yusif Səmədoğlu XX əsr Azərbaycan nəsrinin yetirdiyi nadiristedada malik böyük simalardandır. Yüksək bədiilik nümunəsi olandərin ictimai-mənəvi məzmunlu əsərləri, o cümlədən hekayələri,romanları və film ssenariləri ilə ədəbi prosesdə iz qoymuşyazıçının ötən əsrin 60–70-ci illərində milli nəsrin keyfiyyətcəyeni mərhələyə keçməsində xüsusi xidmətləri vardır. Parlaqmədəniyyət hadisəsinə çevrilən, dünya və insan haqqında məşhur“Qətl günü” romanı ədibə Azərbaycanın hüdudlarından uzaqlarda daşöhrət qazandırmışdır. Yusif Səmədoğlu rəhbəri olduğu mühümədəbi-bədii məcmuələrdən milli düşüncə və ideyanın daha genişyayılması üçün tribuna kimi istifadə etmiş, ölkədə azadlıqhərəkatının və müstəqillik uğrunda mübarizənin ön sıralarındadayanmış, xalqın taleyüklü məsələlərinə münasibətdə həmişəvətəndaş-ziyalı mövqeyi ilə seçilmişdir.

Chosen
149
23
az.trend.az

10Sources