ain.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda regionun ən iri Batareya Saxlanc Sistemləri qurulur.
Bu barədə Marja "AzərEnerji" ASC-yə istinadən xəbər verir.
Bildirilib ki, Azərbaycan enerji sektorunda yeni mərhələyə qədəm qoyur. Ölkədə bərpa olunan enerji mənbələrinin (BOEM) sürətli inkişafı üçün böyük miqyasda Batareya Saxlanc Sistemləri (BESS) yaradılmasına başlanılıb.
Belə ki, "AzərEnerji" tərəfindən paytaxta yaxın 500 kilovoltluq "Abşeron" yarımstansiyasının və ölkənin mərkəzi hissəsində yerləşən 220 kilovoltluq "Ağdaş" yarımstansiyasının ərazisində ümumilikdə gücü 250 meqavat tutumu 500 meqavat saat olan Batareya Saxlanc Sistemləri yaradılır.
Hazırda yerlərdə lazımi tikinti işləri görülür və elementlərin sifariş əsasında istehsal edilərək sahəyə gətirilməsi üzrə işlər aparılır. Bu həcmdə sistemlərin tətbiqi təkcə Azərbaycanda deyil, bütövlükdə MDB məkanında ilk olacaq.
Qeyd edək ki, Batareya Saxlanc Sistemlərinin yaradılması enerji sistemin dayanıqlığının yüksəldilməsi, tezliyin stabilliyi, BOEM-lərdə kəsintilərinin azaldılması, aktiv güc çatışmazlığının kompensasiyası, pik yüklərin qarşılanması, günəşin batma saatlarında yük qrafikinin hamarlanması, qəza zamanı enerjisistemin sıfırdan bərpası baxımından olduqca əhəmiyyətlidir. Bu sistemlərin tətbiqi Azərbaycanın enerji müstəqilliyini möhkəmləndirməklə yanaşı, həm də enerji sistemimizin qonşu ölkənin sinxron zonası ilə paralel və ada rejimlərində etibarlı işləməsini təmin edəcək.
Qeyd edÉ™k ki, 2027-ci ilÉ™ qÉ™dÉ™r ölkÉ™dÉ™ yaradılacaq 2 Qiqavat gücündÉ™ günəş vÉ™ külÉ™k stansiyalarını ÅŸÉ™bÉ™kÉ™yÉ™ inteqrasiya etmÉ™k mÉ™qsÉ™dilÉ™ "AzÉ™rEnerji" tÉ™rÉ™findÉ™n hazırda geniÅŸmiqyaslı proqram hÉ™yata keçirilir. Proqram çərçivÉ™sindÉ™ enerji saxlanc texnologiyalarının tÉ™tbiqi ilÉ™ yanaşı ölkÉ™dÉ™ É™sas qovÅŸaq yarımstansiyası funksiyasını daşımaq üçün Respublikanın É™n böyük yarımstansiyalarından biri - 500/330 kV-luq "NÉ™vahi" Enerji QovÅŸağı tikilir vÉ™ ordan Respublikanın müxtÉ™lif istiqamÉ™tlÉ™rinÉ™ 500 vÉ™ 330 kilovoltluq yüksÉ™kgÉ™rginlikli ötürmÉ™ xÉ™tlÉ™ri çəkilir, rÉ™qÉ™msallaÅŸma vÉ™ ÅŸÉ™bÉ™kÉ™ idarÉ™etmÉ™sinin tÉ™kmilləşdirilmÉ™si mÉ™qsÉ™di ilÉ™ kompleks iÅŸlÉ™r görülür.Â
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.