EN

Minsk qrupunun ləğvi Azərbaycanın diplomatik qələbəsi və sülhə doğru tarixi addımdır - Deputat

Bakı. Trend:

ATƏT-in Minsk Qrupunun ləğvi Azərbaycanın diplomatik və siyasisahədə növbəti mühüm qələbəsidir. Bu hadisə Azərbaycan vəErmənistan arasında sülh müqaviləsinin imzalanması prosesindəmüstəsna əhəmiyyət kəsb edir və regionda dayanıqlı sülhün təminolunması yolunda yeni səhifə açır.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Azərbaycanın Ermənistanla sülh müqaviləsiimzalamaq üçün irəli sürdüyü əsas şərtlərdən biri məhz Minskqrupunun fəaliyyətinin dayandırılması və ləğv edilməsi olub:

“Minsk qrupu uzun illər münaqişənin həlli istiqamətində hərhansı bir müsbət addım ata bilmədi, əksinə bəzi hallardamünaqişənin həllini daha da mürəkkəbləşdirdi. Azərbaycan dəfələrləqurumun qeyri-konstruktiv mövqeyindən narazılığını ifadə etsə də,Minsk qrupu öz fəaliyyətində heç bir müsbət dəyişiklik etməyə cəhdgöstərmədi. Bu baxımdan Minsk qrupu öz etimadını itirmişdi.Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarınıişğaldan azad etməklə regionda yeni reallıqlar yaratdı və Minskqrupunun fəaliyyətinin aktuallığını tamamilə aradan qaldırdı.

Nəhayət ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən tarixigörüşdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan vəErmənistan liderləri tərəfindən imzalanmış Birgə Bəyannamədə Minskqrupunun ləğvi ilə bağlı müraciətin edilməsi də əksini tapdı.

Minsk qrupunun ləğvi Azərbaycanın prinsipial mövqeyinin vədiplomatik səylərinin uğurlu nəticəsi kimi qiymətləndirilir. Bueyni zamanda Azərbaycanın regionda sülh və sabitliyin təminolunması istiqamətində göstərdiyi qətiyyətli addımların növbətitəsdiqidir”.

A.Həsənova qeyd edib ki, Azərbaycanın bu uğuru təkcə diplomatikmüstəvidə deyil, həm də regionun gələcək inkişafı baxımından mühümtarixi hadisə kimi yadda qalacaq:

“Bundan sonra Azərbaycanın diqqəti sülh müqaviləsinin tezlikləimzalanmasına və regionda dayanıqlı sülhün təmin olunmasınayönəlib. Minsk qrupunun ləğvi ilə artıq köhnəlmiş və qeyri-effektivmexanizmlərdən imtina edilərək, regionda yeni sülh və əməkdaşlıqdövrünün başlanması üçün real addımlar atılır. Azərbaycanın buprosesdəki qətiyyəti və prinsipial mövqeyi, regionun gələcəyinindaha firavan və sabit olacağına dair inamı artırır”.

Məqalədə:
Chosen
104
2
az.trend.az

3Sources