EN

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasının ilkin seçmə imtahanı keçiriləcək

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 4 sentyabr, AZƏRTAC

Sentyabrın 9-da Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası (IJSO 2025) üzrə ilkin seçmə imtahanı keçiriləcək.

Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, seçmə imtahanına 2024/2025-ci tədris ilində respublika fənn olimpiadalarında fizika, kimya və biologiya üzrə qalib olan, təvəllüd tarixi 2010 və 2011-ci il olan şagirdlər dəvət edilib.

İmtahan beynəlxalq olimpiada proqramına uyğun olaraq fizika, kimya və biologiya fənləri üzrə tapşırıqları əhatə edəcək.

Seçmə imtahanı sentyabrın 9-da saat 11:00-da Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində (F.Xoyski küçəsi 109) təşkil ediləcək. Şagirdlər saat 10:30-da Mərkəzdə olmalıdırlar. İmtahana buraxılış yalnız şəxsiyyət vəsiqəsinin təqdim olunması əsasında həyata keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
43
5
azertag.az

6Sources