EN

Avqust ayında 23 aptekdə yoxlama keçirilib

2025-ci ilin avqust ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 23 aptekdə yoxlama həyata keçirilib. Bu yoxlamalardan 12-si Bakı şəhərində, 11-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Operativ Media xəbər verir ki, bu barədə AEM məlumat yayıb.

Yoxlamaların 10-u planlı, 37-si plandankənar, 1-i isə yoxlamadan kənar təftiş xarakteri daşımışdır.

Aparılmış yoxlamalar nəticəsində 5 aptekdə müxtəlif nöqsanlar aşkarlanmış, bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilmişdir.

Chosen
84
37
operativmedia.az

10Sources