Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Şəmkirdə avtomobilin körpüdən aşması nəticəsində həlak olan sürücü hərbi qulluqçu olub.
Müdafiə Nazirliyindən bildirilib ki, sentyabrın 4-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Nurəddin Natiq oğlu Mirzəyev VAZ-2106 markalı şəxsi avtomobildə hərəkət zamanı baş vermiş avtoqəzada vəfat edib:
"Məlumatı təsdiq edirik. Xidmətdən kənarda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir".(oxu.az)
***10:36
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, minik maşını yoldan çıxaraq körpüdən aşıb.
Qəza nəticəsində sürücü hadisə yerində ölüb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.