EN

Fransa ordusu lazer HHM sisteminin yaradılmasını sifariş verib

Fransanın Müdafiə Təchizatları Agentliyi pilotsuz uçuş aparatları və digər hava təhdidləri ilə qısa məsafədə mübarizə aparmaq üçün yeni nəsil lazer sisteminin nümayiş modelinin hazırlanması üçün müqavilə imzalayıb.

Herbiand.az bildirir ki, baş podratçı MBDA, Safran Electronics and Defence, Thales və CILAS-ın daxil olduğu konsorsiumdur.

Yeni sistem SYDERAL (Système Laser de Défense de Nouvelle Génération) adı alıb. Onun inkişafı 2024-2030-cu illər üçün hərbi planlaşdırma haqqında qanunla nəzərdə tutulub.

SYDERAL-ın nümayiş modeli lazer silahlarının taktiki pilotsuz uçan aparatların, raketlərin, minaatanların və uzaqdan idarə olunan döyüş sursatlarının zərərsizləşdirilməsində effektivliyini qiymətləndirəcək.

Fransa Hərbi Dəniz Qüvvələrinin bu sistemlə 2030-cu ilə qədər təchiz edilməsi planlaşdırılır.

Bəxtiyar CƏFƏRLİ

Chosen
85
herbiand.az

1Sources