Azərbaycan XİN Portuqaliyaya başsağlığı verib.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin "X" hesabında paylaşım edilib.
"Lissabonun Qloriya xəttində baş vermiş faciəvi funikulyorun relsdən çıxması bizi dərindən kədərləndirir:
Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik".