EN

Azərbaycan-NATO arasında gələcək tərəfdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqon ilə görüşüb.

Bu barədə “Poliqon” Azərbaycanın NATO yanında Nümayəndəliyinə istinadən xəbər verib.

Qeyd olunub ki, Azərbaycan-NATO tərəfdaşlığının müzakirə edildiyi görüşdə Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində əməkdaşlıq və gələcək tərəfdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Chosen
9
poliqon.az

1Sources