EN

"CBC Sport" milli komandaların oyunlarını necə yayımlayacaq?

Sabah Azərbaycanın həm əsas millisi, həm də U-21 növbəti tsikldə ilk oyununa çıxacaq. Fernandu Santuşun baş məşqçisi olduğu komanda dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində İslandiya ilə qarşılaşacaq. Ayxan Abbasovlu gənclər yığması isə Avropa çempionatına Portuqaliyada start verəcək. 

Fanat.Az-ın məlumatına görə, hər iki qarşılaşmanı "CBC Sport" yayımlayacaq.

Ancaq matçlar demək olar üst-üsə düşdüyündən kanal U-21-in səfər matçını "Youtube" üzərindən yayımlayacaq. Əsas millinin islandlarla görüşü isə televiziya vasitəsilə ekranlara daşınacaq.     

Qeyd edək ki, Portuqaliya - Azərbaycan (U-21) oyunu Bakı vaxtı ilə saat 22.30-da başlayacaq. DÇ-nin seçmə oyunu çərçivəsində baş tutacaq İslandiya – Azərbaycan görüşü isə 22.45-da start götürəcək. 

Mirağa

Chosen
59
1
fanat.az

2Sources