EN

“Hind Rəcəbin Səsi” filmi Venesiya Film Festivalında 22 dəqiqəlik alqışla qarşılandı

BAKI, TurkicWorld

Tunisli rejissor Kauzer Ben Haniyanın çəkdiyi “Hind Rəcəbin Səsi” filmi Venesiya Film Festivalında premyerasını edib və festivalın tarixində ən uzun sürən – 22 dəqiqəlik alqışla qarşılanıb. Tamaşaçılar filmin nümayişi zamanı Fələstin bayraqlarını qaldıraraq “Free Palestine” şüarları səsləndiriblər.

TurkicWorld xəbər verir ki, sənədli film 2024-cü ildə Qəzzada İsrail ordusu tərəfindən vəhşicəsinə öldürülən 5 yaşlı Hind Rəcəbin real hekayəsini ekrana daşıyır. Əsər, mülki əhalinin faciəsini və uşaqların müharibənin ən böyük qurbanlarına çevrildiyini bütün dünyaya çatdırmağı hədəfləyir.

Rejissorun mövqeyi

Filmin rejissoru Kauzer Ben Haniya bildirib ki, “Hind Rəcəbin səsi təkcə bir uşağın deyil, bütün məzlum fələstinli uşaqların səsidir”. Onun sözlərinə görə, film Qəzzadakı faciənin şahidi olan insanların yaşadıqlarını sənədli dillə dünyaya göstərmək məqsədi daşıyır.

Venesiya Film Festivalında tamaşaçıların reaksiyası sadəcə sənət hadisəsi ilə məhdudlaşmayaraq, siyasi mesaj daşıyıb. Filmin sonunda zalda “Free Palestine” şüarları və Fələstin bayraqlarının dalğalanması bu il festivalın ən güclü anlarından biri kimi tarixə düşüb.

Chosen
135
turkic.world

1Sources