EN

Medvedevdən Avropaya şok hədə: “Qarşılıq torpaqla olacaq”

Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev Avropa ölkələrinə sərt hədələr səsləndirib.

Hurriyyet.az xəbər verir ki, Medvedev bildirib ki, Qərbdə dondurulmuş Rusiyanın aktivləri torpaqla qaytarılacaq. O, xüsusilə Londondan Kiyevə ötürülən 1,3 milyard ABŞ dolları məbləğində gəlirdən danışıb.

Medvedev vurğulayıb ki, bu yanaşma Donbas və Novorossiya torpaqlarına aid deyil, çünki həmin ərazilər artıq Rusiyaya məxsusdur.

Ekspertlər qeyd edirlər ki, Medvedevin bu açıqlaması yalnız siyasi ritorikadan ibarət ola bilər, lakin Avropa ölkələri üçün ciddi gərginlik yarada bilər.

Chosen
81
1
hurriyyet.az

2Sources