EN

Əcnəbi baş məşqçiyə lazım olmayan şəxsə klubda başqa vəzifə tapşırıldı

"Sabah"ın məşqçilər korpusunda ayrılıq yaşanmasını xəbər vermişdik.

Uzun müddətdir burada yer alan Ruslan Qafitullin Valdas Dambrauskasın istəyilə əsas komandanın məşqçilər korpusundan getməli olmuşdu.

Təcrübəli məşqçi A komandasından ayrılsa da, klubu tərk etməyib.

Ona akademiyada yeni iş təklif edilib.

Belə ki, U-17 komandasını yeni mövsümdən Qfitullin çalışdıracaq.

Veteran müdafiəçinin Murad Musayevin dönəmindən əsas komandada yer aldığını bildirək.

46 yaşlı məşqçi daha əvvəl "Səbail"in akademiyasında çalışıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Chosen
81
49
sportinfo.az

10Sources