EN

AZAL “Uçuş Təhlükəsizliyi Günü” tədbiri keçirib: yeni yanaşmalar və beynəlxalq təcrübə

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC(AZAL) uçuş təhlükəsizliyinin idarə olunmasının təkmilləşdirilməsivə məsuliyyət mədəniyyətinin gücləndirilməsi məqsədilə Bakıda “AZALUçuş Təhlükəsizliyi Günü” (“AZAL Flight Safety Day”) adlı tədbirkeçirib.

AZCON Holdinqin nümayəndələri, AZAL-ın rəhbər heyəti, MilliAviasiya Akademiyasının, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyiyanında Dövlət Mülki Aviasiya Agentliyinin və digər tərəfdaşqurumların tədbirdə birgə iştirakı milli aviadaşıyıcının yüksəktəhlükəsizlik standartlarına, inkişafa və sərnişin etimadınınmöhkəmləndirilməsinə verdiyi önəmi nümayiş etdirdi.

Böyük Britaniya Mülki Aviasiya İdarəsinin (“UK Civil AviationAuthority”, UK CAA) dəstəyi ilə keçirilən tədbirdə spikerlərsırasında beynəlxalq səviyyəli mütəxəssislər – Böyük BritaniyaMülki Aviasiya İdarəsinin təhlükəsizlik və hava məkanınıntənzimlənməsi üzrə direktoru Cankarlo Buono, təhlükəsizlikidarəçiliyi və insan‑təşkilati amillər üzrə tanınmış ekspert SaymonRoberts yer alıblar.

Spikerlər şirkətdə təhlükəsizlik üzrə korporativ mədəniyyətinformalaşdırılmasında qabaqcıl yanaşmalar barədə məlumat verib, busahədə şəffaflıq, məsuliyyət və liderliyin gündəlik fəaliyyətinayrılmaz hissəsi olduğunu xüsusi vurğulayıblar.

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev çıxışedərək uçuş təhlükəsizliyinə həsr olunmuş bu tədbirin AZAL üçünböyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. “Bu təşəbbüs yalnızrəhbər heyətimizin peşəkar bacarıqlarını gücləndirmir, həm dəməsuliyyət və şəffaflıq mədəniyyətinin davamlı inkişafına dəyərlitöhfə verir. Bu prinsiplər aviasiya təhlükəsizliyi sistemimizinəsasını təşkil edir və AZAL-ın etibarlı, təhlükəsiz beynəlxalq havadaşıyıcısı kimi nüfuzunu möhkəmləndirir”, - deyə S.Rzayevbildirib.

Qeyd edək ki, təlim proqramı, ümumilikdə uçuş təhlükəsizliyisahəsində liderlik bacarıqları, müsbət korporativ mədəniyyətinformalaşdırılması, dəyişikliklərin effektiv idarə olunması, insanamilinin təhlükəsizlik sisteminə inteqrasiyası, təhlükəsizlikidarəetmə sisteminin (SMS) səmərəliliyinin artırılması və digərəsas mövzuları əhatə edib.

“AZAL Uçuş Təhlükəsizliyi Günü” tədbiri həm təcrübə mübadiləsiüçün platforma, həm də rəhbərliyin məsuliyyəti və əməkdaşların fəaliştirakı əsasında təhlükəsizlik mədəniyyətinin möhkəmləndirilməsinəyönəlmiş mühüm təşəbbüs olub.

Tədbirlə bağlı hazırlanmış videoçarxı bu linkdən izləyəbilərsiniz: https://youtu.be/Zv7B4BnyYEU.

Chosen
93
23
az.trend.az

10Sources