EN

Putinin dediklərində Rusiyanın Azərbaycana möhtaclığı açıq-aşkar görünür

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiya-Azərbaycan münasibətlərinin gərgin bir dövründə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti və Pekində keçirilən hərbi parad çərçivəsində Rusiya və Azərbaycan prezidentlərinin görüşü ilə bağlı, xüsusilə Rusiya KİV-də müxtəlif məlumatlar yayılırdı. Lakin mediadan da göründüyü kimi, Azərbaycan tərəfində bu barədə heç bir müzakirə aparılmamışdı.
Baku TV-nin departament rəhbəri, jurnalist Turan İbrahimov vurğulayıb ki, nüfuzlu dünya liderlərinin iştirak edəcəyi tədbirdə tərəflərin qarşılıqlı ünsiyyəti gözlənilsə də, Rusiya mediasında bildirilirdi ki, bu kimi təmaslar nəzərdə tutulmayıb.
Buna baxmayaraq, Vladimir Putin məkana daxil olarkən Prezident İlham Əliyevlə salamlaşdı, bundan sonra isə mətbuatda hər hansı bir informasiyaya rast gəlinmədi.
T.İbrahimov qeyd edib ki, Putinin Çində keçirdiyi mətbuat konfransında Prezident İlham Əliyevlə görüşünü və bir-iki kəlmə kəsməsini qabartması Rusiya üçün Azərbaycanın əhəmiyyətini və bəzi sahələrdə Azərbaycana olan ehtiyacını ortaya qoyur.
Jurnalist bildirib ki, Putinin dediklərində Rusiyanın Azərbaycana möhtaclığı açıq-aşkar görünür.
"Putin kimi öz maraqlarını və eqosunu ön plana çıxaran bir lider Çində ayaqüstü baş tutmuş qısa bir anı dilə gətirirsə və bundan istifadə edərək Azərbaycan və Rusiyanın bir-biri üçün əhəmiyyətini vurğulayırsa, bu, yalnız məcburiyyətdən irəli gəlir. Bunu anlamaq üçün xüsusi zəkaya sahib olmaq lazım deyil", - deyə o əlavə edib.
Ətraflı videomaterialda:
Chosen
81
19
oxu.az

10Sources