EN

Qazaxıstanın Azərbaycandakı səfirindən Peyğəmbərin mövludu ilə gözəl paylaşım

BAKI, TurkicWorld

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Peyğmbərin mövlüdü ilə paylaşım edib.

TurkicWorld xəbər verir ki, bu haqda səfir öz Facebook sosil şəbəkəsindəki səhifəsində yazıb.

“Bu həftə Peyğəmbərimiz Məhəmmədin (s.ə.s.) mövlud günüdür. Bu ilin mövludunun özəlliyi ondadır ki, bəzi hesablamalara görə Rəsulllah hicrətdən bəri 1500 ilə çatmışdır...Dünyanın müharibələrlə və şər ilə, qəddarlıq və iztirablarla, yalan və azğınlıqlarla dolu olduğu bir zamanda biz həsrət, minnətdarlıq və ümidlə bizi Allahın doğru yoluna yönəldən Rəsulu xatırlayırıq. Allah Öz sevimli bəndəsini yaxınları ilə Cənnətdə birləşdirsin və bizi də onların sırasında etsin... Rəhman olan Allahın mərhəməti göz yaşları və uşaqların fəryadı ilə iztirab çəkən bu bəşəriyyəti şəfa tapsın və bütün uşaqlara xoşbəxtlik bəxş etsin...Ey Allahım, Məhəmmədə və Onun bütün ailəsinə salavat və bərəkət olsun.”-deyə səfir yazıb.

Chosen
82
turkic.world

1Sources