EN

İtalyalı modelyer Corcio Armani vəfat edib

Dünyaca məşhur modelyer Corco Armani vəfat edib.

Far.Az xəbər verir ki, bu barədə "La Repubblica" məlumat yayıb.

İyulun 11-də onun 91 yaşı tamam olub. Son vaxtlar "İtaliya modasının kralı"nın səhhətinin pisləşdiyi barədə məlumatlar yayılmışdı.

Qeyd edək ki, onun 1975-ci ildə əsası qoyulan moda evi iri holdinqlərə daxil olmayan azsaylı evlərdən biri olaraq qalırdı.

Chosen
124
3
far.az

5Sources